Yevlax Pilot Aqroparkda ilk dəfə meyvə bağları və ting sahələri salınıb
Yevlax Pilot Aqroparkda ilk dəfə olaraq meyvə bağları, ting sahələri salınıb və hazırda calaqaltı işləri görülür. Bu işlərlə yerində tanış olmaq məqsədilə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) aqroparka mediatur təşkil edib. KİV nümayəndələrinə əvvəlcə Yevlax Pilot Aqropark haqqında məlumat verilib.
Bildirilib ki, Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk pilot aqroparkdır. Layihə çərçivəsində aqroparka 70 milyon manatdan çox özəl investisiyanın qoyulması nəzərdə tutulur. Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “vahid pəncərə” sisteminin tətbiqi planlaşdırılır. Pilot aqroparkın əkin sahələrində yüksək məhsuldarlığa nail olunması üçün “ağıllı idarəetmə” sistemi tətbiq ediləcək, aqronom və biznes-konsaltinq xidmətləri göstəriləcək. Bununla yanaşı, istehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək. Aqroparkda, həmçinin emal müəssisələrinin yaradılması nəzərdə tutulur.
Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal ediləcək.
Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1300 hektarını aqroparkda yaradılacaq heyvandarlıq kompleksinin yem təminatı sahəsi, 129 hektarını isə emal və sosial zonalar təşkil edəcək. Artıq Aqropark ərazisinin fermerlərin uzunmüddətli istifadəsinə verilməsinə başlanıb və bu günədək 1 727 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanıb.
Sonra media mənsubları pilot aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, MMC tərəfindən aqroparkda meyvə bağlarının və ting sahələrinin salınmasına başlanıb. Əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Ümumilikdə isə, Yevlax Pilot Aqroparkda 500 daimi, 1000-dən çox mövsümü iş yerinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
8 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)







.jpg)




