Ziraat Bank Azərbaycan-ın rəhbərliyinə yeni təyinat
“Ziraat Bank Azərbaycan” ASC-in Müşahidə Şurasına yeni təyinat olub.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Ziraat Bank Azərbaycanın daxil olduğu, dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının üzvü Kemalettin Bayat öz vəzifəsini Fuat Yılmaz Yıldıza təhvil vermişdir.
Fuat Yılmaz Yıldız peşəkar karyerasına 1996-ci ildən, bank sahəsində karyerasına isə 1998-ci ildən başlamışdır. 2012-ci ildən etibarən T.C. Ziraat Bankasında çalışan Yıldız hazırda Biznes Bankçılığı Filiallarının İdarəetməsi departamentinin direktoru vəzifəsində çalışır və bank sahəsində olduqca zəngin təcrübəyə malikdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















