Bu proqnoz reallaşsa 2010-dan bu yana ən yüksək artım olacaq -QLOBAL İQTİSADİYYAT
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", qlobal iqtisadiyyatın bu il 2,9 faiz, gələn il 3,1 faiz artcağının nəzərdə tutulduğunu bildirib.
"Marja" xəbər verir ki, "Fitch Reytings"in hazırladığı iyun ayı "Qlobal İqtisadi Proqnozlar" hesabatında qlobal inkişafın gücləndiyi bildirilib, artım sürətinin 2017 və 2018-ci illərdə daha da artmasının təxmin edildiyi qeyd olunub.
İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda irəliləyişlərin qlobal iqtisadi artıma səbəb olacağı, inkişaf etmiş ölkələrdə makroiqtisadi siyasətlərin və artan məşğulluğun tələbat artımını dəstəkləyəcəyi vurğulanıb.
Bundan başqa, 2016-ci ilin əvvəlindən bu yana əmtəə qiymətlərində möşahidə edilən toparlanmanın inkişaf etməkdə olan bazarlarda tələb yaradacağına diqqət çəkilib.
Qlobal iqtisadiyyatın keçən il 2,5 faiz artdığı, həmin nisbətin bu il 2,9 faiz, gələn il də 3,1 faiz olmasının gözlənildiyi ifadə edilib. 2018-ə dair proqnozunun reallaşacağı təqdirdə isə bunun 2010-dan bu yana ən yüksək illik artım sürəti olacağı məlumatına yer verilib.
Çin və İngiltərənin iqtisadi artımlarında azalma gözlənilir
Keçən il 1,6% nisbətində olan inkişaf etmiş iqtisadiyyatlarda böyümə nisbətinin bu il 1,8 faiz, gələn il 2 faiz olması təxmin edilərkən, 2016-da 4,3 faiz böyümə qeyd edən inkişaf etməkdə olan ölkələrin 2017 və 2018-də 4,9 faiz nisbətlərində genişlənməsinin gözlənildiyi vurğulanıb.
Keçən il 1,6 faiz artan ABŞ iqtisadiyyatının 2017-də 2,1 faiz, 2018-də 2,6 faiz artacağının nəzərdə tutulduğu qeyd edilib, 2016-da 1,8 faiz artan Avro bölgəsinin bu il 2 faiz, gələn il 1,8 faiz artacağının təxmin edildiyi qeyd edilib.
Digər tərəfdən, hesabatda Çin və İngiltərənin artım nisbətlərinin düşməsinin gözləndiyi məlumatına yer verilib.
Keçən il 6,7% böyüyən Çin iqtisadiyyatının bu il 6,5%, gələn il 5,9% artacağının nəzərdə tutulduğu, 2016-da 1,8 faiz artan Böyük Britaniya iqtisadiyyatının 2017-də 1,5 faiz, 2018-də1,3 faiz artacağının təxmin edildiyi qeyd edilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
4 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)











.jpg)
