“PAŞA Bank”ın tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” baş tutub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” tədbiri keçirilib. 18-19 iyun tarixlərində baş tutan bu tədbir “Qarabağ gələcəkdə” mövzusuna həsr olunub. Beləliklə də, tədbirdə Qarabağın gələcək inkişaf imkanları və ehtiyatlarının artırılması istiqamətləri əhatə edilib.
“Bizi ADA Universiteti ilə həmrəy edən ideya gənclərə öz potensiallarını reallaşdırmağa kömək etmək və onların peşəkar inkişafını dəstəkləməkdir. Önümüzdəki çağırışların öhdəsindən gələcək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək liderlərin yetişdirilməsi bizim üçün çox önəmlidir” , - deyə “PAŞA Bank”ın İnsan Resursları departamentinin direktoru Zibeydə Hacıyeva tədbirdə çıxışı zamanı bildirib.
Qeyd edək ki, ADA Universitetinin məzunlarını bir araya toplayan bu forumun əsas məqsədi davamlı maarifləndirmə və fikir mübadiləsinin aparılması, eləcə də uzunmüddətli dostluq əlaqələrinin qurulması üçün effektiv platforma yaratmaqdır.
Forumun ikinci günündə Ağdama səfər təşkil olunub. İştirakçılara burada aparılan yenidənqurma və bərpa işləri, eləcə də regionun gələcək inkişaf planları ilə tanış olmaq imkanı yaradılıb.
Fəaliyyətinin 15-ci ilini qeyd edən “PAŞA Bank”, cəmiyyətin tərəqqəsinə yönəlmiş tədbirləri dəstəkləməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















