“McDonald's Azərbaycan” gənc yazarlar üçün master-klass keçirib - FOTO
(®) “McDonald's Azərbaycan” şirkətinin iyunun 1-də start verilmiş “Gənc yazarlar” layihəsi çərçivəsində təşkil etdiyi tədbirdə xüsusi qayğıya ehtiyacı olan 30-dan çox uşaq iştirak etmişdir.
Tbilisi prospekti ilə Ş.Mehtiyev küçələrinin kəsişməsində, “Grand Hayat” yaşayış kompleksində yerləşən “McDonald’s” restoranında keçirilmiş tədbirin iştirakçıları üçün “Nağıl yazılması” mövzusunda ustad dərsi təşkil edilmişdir.
Tədbirdə tanınmış ictimai xadim Bəhram Bağırzadə də iştirak edib. O, bir çox uşaq kitablarının müəllifi kimi gənc yazarlara dəyərli məsləhətlər verib, onların çoxsaylı suallarını cavablandırıb. Ustad dərsinin sonunda uşaqlara xatirə hədiyyələri - yaradıcılıqla məşğul olmaq üçün ləvazimatlardan ibarət “Gənc yazar” dəsti təqdim olunmuşdur.
Ustad dərsinin təşkilatçılarının sözlərinə görə, belə görüşlər sayəsində uşaqlarda özlərinə və öz güclərinə inam artır, gizli istedadları üzə çıxır. Uşaqlar təəssüratlardan, emosiyalardan və maraqlı ideyalardan bəhrələnərək sıfırdan hekayələr yazmağı öyrənirlər. Belə ki, ustad dərsi zamanı uşaqlar gələcək nağıllarını yazmaq üçün ilk addımları atmağa çalışıb, onların qəhrəmanlarını seçib, mümkün süjetləri müzakirə ediblər.
“McDonald’s”ın CARE GROUP şirkəti ilə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Gənc yazarlar” layihəsinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etməkdir. Layihə çərçivəsində uşaqlarla “art-terapiya” üsulu ilə psixoloji təlimlər keçiriləcəkdir. Bu terapiya qorxu ilə mübarizə aparmağa kömək edir və uşaqların ümumi psixoloji vəziyyətinə müsbət təsir göstərir.
Qeyd edək ki, korporativ sosial məsuliyyət “McDonald’s” strategiyasının ayrılmaz hissəsidir. 22 ildən artıq müddət ərzində çoxlu sayda müxtəlif layihələr, o cümlədən uşaq evlərinə dəstək, tibbi yardım fondları, idman tədbirləri və digər sosial layihələr həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















