Mərkəzi Bank sığorta agentlərinə xəbərdarlıq edib
Azərbaycan Mərkəzi Bankı rüblük hesabatları vaxtında verməyən sığorta agentlərinə xəbərdarlıq edib.
Bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumatda qeyd olunur ki, sığorta bazarının infrastrukturunun, o cümlədən sığorta vasitəçiliyinin gücləndirilməsi Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir: "Bu məqsədlə xarici təcrübəyə uyğun olaraq sığorta vasitəçiliyi ilə bağlı müasir tələblərin formalaşdırılması, öyrənmə və inkişaf imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
2021-ci il 27 may tarixli “Sığorta fəaliyyəti haqqında” Qanununa edilmiş dəyişikliklərə əsasən sığorta agentləri müvafiq lisenziya ilə sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olarkən eyni zamanda, sığortaçıda əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Burada məqsəd sığorta vasitəçilərinin müstəqil bazar iştirakçısı kimi rolunun gücləndirilməsinə xidmət edir.
Son illərdə sığorta bazarında başlanmış yeni inkişaf trendləri sığorta vasitəçiləri arasında da rəqabəti gücləndirmiş, vasitəçilər qarşısında yeni inkişaf çağırışları yaradıb".
Bankdan bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən sığorta agentləri rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər: "Rüblük hesabatların təqdim edilməməsinə görə 2021 və 2022-ci illər ərzində 251-i fiziki və 2-si hüquqi şəxs olmaqla 253 lisenziya dayandırılmışdır. Dayandırılmış lisenziyalardan 92-si (91 fiziki şəxs agent) bərpa olunub".
Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən 160 sığorta agentinin lisenziyası ləğv olunmuşdur. Ləğv olunmuş lisenziyalardan 98-i könüllü müraciət əsasında, 62 agentin lisenziyası isə qanunvericiliyin tələblərinə riayət edilməməsi səbəbindən məcburi qaydada ləğv edilib.
Bununla yanaşı, 2021-2022-ci illər ərzində 24 agentə sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı yeni lisenzya verilib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







