ABŞ-ın embarqo tətbiq etdiyi Rusiya şirkəti Azərbaycan bazarından da qazanmaq istəyir
Rusiyanın “Severstal” şirkəti yaxın bir il ərzində MDB-nin neft-qaz bazarı üçün məhsul seqmentində öz iştirakını genişləndirməyə ümid edir.
Bunu “Severstal”ın energetika şirkətləri və infrastruktur layihələri ilə iş üzrə direktoru Dmitri Qoroşkov bildirib.
“Azərbaycan və bütövlükdə MDB şirkət üçün perspektivli regionlardan biridir. Xəzər regionunun yataqlarının təminatına aparıcı neft-qaz korporasiyalarının sərmayə qoyması və qaz-nəqliyyat sistemlərinin müasirləşdirilməsi sayəsində böyük diametrli borulara (BDB) dayanıqlı tələbat yaranır. MDB ölkələrinin bazarlarında neft-qaz sektoru üçün təkcə BDB-yə orta illik tələbat təxminən 500 min ton təşkil edir”, - deyə D.Qoroşkov qeyd edib.
Onun sözlərinə görə, “Severstal” menecmentinin Bakıya səfər proqramına (1-3 iyun tarixlərində neft-qaz sərgisində iştirak etmək üçün), ilk növbədə, Azərbaycanın ən iri beynəlxalq neft-qaz şirkəti olan SOCAR-ın nümayəndələri ilə görüş daxildir. Görüşdə cari layihələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. O cümlədən neft-qaz sənayesi obyektlərinin tikintisi sahəsində fəaliyyət göstərən əsas podratçılarla görüşlərin keçirilməsi də planlaşdırılır.
“Biz SOCAR-la treyder vasitəsilə işləmişik. 2018-ci ildən 2020-ci ilədək neft buruqlarının tikintisi üçün riflənmiş təbəqə polad tədarük etmişik. Podratçıdan müsbət geridönüş almışıq. Onlar işin Həştərxan limanı vasitəsilə logistika sxemindən məmnun qalıb. Bizim məhsulu su nəqliyatı vasitəsilə göndərmək imkanına malik olmağımız müştəri üçün həm tədarük müddəti, həm də qiymət baxımından böyük üstünlükdür.
O vurğulayıb ki, hazırda “Severstal” Azərbaycanda hər hansı birgə istehsal gücləri ilə bağlı layihə planlaşdırmır.
Bununla yanaşı, direktorun fikrincə, Azərbaycan bazarında şirkətlərin mövqelərinin möhkəmlənməsi qonşu bazarlara çıxış imkanı yaradacaq. "Son bir neçə ildə Azərbaycan Xəzəryanı enerji bazarı üçün vacib klasterlərdən birinə çevrilir. Bu mənada bu ölkədə mövqelərimizin möhkəmlənməsinə gələcəkdə hansısa qonşu bazarlara çıxışı asanlaşdıracaq amil kimi baxmaq olar. Lakin konkret ölkələrdə planlardan danışmaq hələ tezdir, çünki bazarlar çoxlu sayda idarəolunmaz xarici amillərin təsiri altındadır”, - deyə D.Qoroşkov əlavə edib.
Xəbər verdiyimiz kimi, Rusiyanın iri mədən şirkəti və dəmir istehsalçısı olan "Severstal”ın səhmləri ardıcıl ikinci gündür ucuzlaşır.
Marja.az ticarət məlumatlarına istinadən xəbər verir ki, "Severstal” səhmlərinin qiyməti 2017-ci ilin iyun ayından minimuma enib.
Moskva birjasının Bakı vaxtı ilə saat 12:16-ya olan məlumatına görə, şirkətin səhmləri 14,71% dəyər itirərək bir səhm üçün 695,8 rubla düşüb.
Dünən ABŞ Xəzinədarlığı "Severstal"a qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
2 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 14 saat əvvəl
-
14 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
14 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
14 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib























