“Avrora Qrup”dan kimsəsiz uşaqlara maraqlı hədiyyə
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup “Nur" uşaq evi və uşaq sığınacağında yerləşən uşaqları sevindirib. Belə ki, şirkət “Sosial-ictimai məsuliyyət” dəyərinə sadiq qalaraq ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib.
Layihə çərçivəsində "Nur" uşaq sığınacağında məskunlaşan uşaqlar Qəbələ rayonuna səfər edib. Uşaqlar Qəbələ rayonunda yerləşən Qəbələnd əyləncə mərkəzində müxtəlif atraksionlardan istifadə edib, əyləncəli oyunlar oynayıblar. Daha sonra uşaqlar Avrora Qrup tərəfindən Vəndam kəndində yerləşən istirahət mərkəzində təşkil edilən bayram şənliyində iştirak ediblər. Burada uşaqlar əyləncəli vaxt keçirərək, müxtəlif oyunlar oynayıb. Sonda hər bir uşağa müxtəlif oyuncaqlar da təqdim edilib.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi Avrora şirkəti 2022-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 56 d. əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb


























