Əlilliyi müəyyən edilmiş şəxslər üçün 160 ədəd avtomobil alındı
Tenderin məbləği təxminən 2 milyon manatdır.Sosial Xidmətlər Agentliyi "Əlilliyi müəyyən edilmiş şəxslər üçün minik avtomobillərinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "Azərmaş" MMC-dir.
Sosial Xidmətlər Agentliyi qalib şirkət ilə məbləği 1 milyon 999 min 998 manat olan müqavilə imzalayıb. Müqavilə 160 ədəd minik avtomobilinin satın alınmasını nəzərdə tutur.
Qeyd edək ki, "Azərmaş" şirkəti Neftçalada yığılan "Khazar" avtomobillərinin satışı ilə məşğul olur.
Alınan avtomobillər haqqında məlumat:
Avtomobilin tipi: Sedan 4 qapılı Buraxılış ili: 2021 Mühərrik həcmi: 1.5-2 L Mühərrik gücü: 110-118@6000 Sürət qutusu: Mexaniki sürət qutusu, maksimal sürət 180-190 Rəng: Ağ, qara, gümüşü, tünd göy Ötürücü: Ön Yanacaq növü: Benzin Yürüş: 0 km Texniki servis xidməti mövcud olsun Zəmanət: 2 il və ya 60.000 km Təhlükəsizlik: Sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqları, ABS, mərkəzi kilidləmə, duracaq siqnalizasiyası, park radar, təhlükəsizlik sistemi İnteryer: Parça Salon, kondisioner, elektrik tənzimlənən sürücü və ön sərnişin oturacağı (bel hissəsi), ön və arxa pəncərələrin elektrik tənzimlənməsi, elektriklə idarə olunan güzgülər, arxa şüşənin qızdırıcısı, dirsəklik, tənzimlənən sükan, MP3 oxuducu, ön və arxa qapı örtüklərində dinamiklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 48 d. sonra
-
2 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 3 d. əvvəl
-
-
10 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
16 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
28 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 32 d. əvvəl
-
47 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























