“PAŞA Bank ilə başla” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib
(®) 15 illik fəaliyyəti boyunca ölkə iqtisadiyyatının inkişafına və cəmiyyətin tərəqqisinə töhfə verən “PAŞA Bank”ın ən mühüm sosial təşəbbüslərindən biri yekunlaşıb. Belə ki, may ayının 24-də “PAŞA Bank ilə başla” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, “PAŞA Bank”ın idarə heyətinin üzvü Calal Orucov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər spikerlər layihənin əlilliyi olan şəxslərə açacağı yeni imkanlardan, eləcə də səbəb olacağı müsbət dəyişikliklərdən danışıblar.
Əlilliyi olan şəxslərin peşəkar inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədilə keçirilən bu layihədə 300-dən artıq insan qeydiyyatdan keçib, onlardan 104-ü müsahibə mərhələsini uğurla başa çatdırıb. 83 iştirakçı “Komanda quruculuğu”, “Vaxtın idarə edilməsi”, “Networking”, “Stressin idarə edilməsi” kimi təlimlər vasitəsilə iş həyatında lazım ola biləcək bacarıqlara yiyələnib. 79 nəfər şəxsi seçimləri əsasında “Qrafik dizayn”, “Rəqəmsal marketinq”, “Help desk”, “SQL proqlaşdırma”, “Çağrı mərkəzi” istiqamətlərindən biri üzrə peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərə qatılıb.
İmtahanları uğurla bitirən 68 layihə iştirakçısının işlə təmin edilməsinə dəstək olmaq üçün “PAŞA Bank”, “Kapital Bank”, “Azercell”, “GDG Professionals” kimi şirkətlərin İnsan Resursları departamentlərinin direktorları və nümayəndələri ilə görüşlər keçirilib.
“Artıq layihə iştirakçılarının 20-dən çoxu iş və təcrübə proqramına qoşulmaq üçün müxtəlif şirkətlərdən təkliflər alıb. İnanıram ki, iştirakçılarımız layihə ərzində qazandıqları dəyərli təcrübəni tətbiq edəcək və arzuladıqları peşələrə yiyələnəcəklər. Bunun üçün böyük potensiala malikdirlər”, - deyə “PAŞA Bank”ın idarə heyətinin üzvü Calal Orucov vurğulayıb.
Xatırladaq ki, “PAŞA Bank ilə başla” layihəsi 2021-ci ilin iyun ayından start götürüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti layihənin təşkilati dəstəkçisi qismində çıxış edib. Layihə ərzində “DOST Agentliyi” ilə əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda sessiyalar da təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















