Bazarstore "Qızıl Şah" Milli Kulinariya Çempionatının Rəsmi Tərəfdaşı oldu
(®) Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisi açılıb. Sərgidə 24 ölkədən 449 şirkətin iştirakı ilə rekord sayda milli və regional stendlər yer tutub. Sərgini Azərbaycanın müxtəlif dövlət və şirkət nümayəndələri, yüzlərlərlə qonaq ziyarət edir. Qeyd edək ki, sərgi sabah - 20 May tarixində də davam edəcəkdir.
Bazarstore “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatının rəsmi tərəfdaşı olub.
Sərgidə həmçinin dahi Azərbaycan aşpazı Şahhüseyn Kərimovun şərəfinə “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatı keçirilir. İlk dəfə 2019-cu ildə keçirilən yarışmada olduğu kimi bu il də Bazarstore əsas tərəfdaşlardan biridir. Belə ki, ölkənin tanınmış aşpazları yarışma zamanı sərgidəki Bazarstore mağazasından özlərinə lazım olan məhsulları götürüb bir-birindən fərqli yeməklər hazırlayırlar.
Qeyd edək ki, ötən çempionatda olduğu kimi bu il də çempionat bitdikdən sonra Bazarstore tərəfindən yarışmada bişirilən bütün yemək və şirniyyatların foto və reseptlərindən ibarət, zövqlə tərtib olunmuş “Chef`s Cup - 2022” kitabı hazırlanacaq.
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 11 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 78 mağazası ilə ildə 36 milyon müştəriyə, ölkə üzrə 89 min kvadrat metr satış sahəsində, 3200 çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















