Azərbaycanda nar bağlarının güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq nar bağlarını sığorta etməyə başlayıb. Əkin sahələrində olduğu kimi, nar bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığorta nar bağlarını çoxsaylı risklərdən qoruyur. Belə ki, təminat verilən rislər sırasına dolu, sel-su basma, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Nar bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, bitki xəstəlikləri və zərərvericilərdən, doluvurmadan keyfiyyət itkisi riskindən, eləcə də tinglərin və ağacların özünü ayrı-ayrılıqda sığorta etmək imkanlarına malikdirlər.
Son ilin məlumatına əsasən Azərbaycanda nar bağlarının sahəsi 22,7 min hektar olmuşdur və mövcud nar bağlarının 21,2 min hektarı, yəni 93,4%-i barverən yaşdadır. Ölkə üzrə cəmi nar bağlarının 84,3 %-i ənənəvi, 15,7%-i isə intensiv bağlardır.
Respublikada nar bağlarının 16,1%-i Göyçay, 14,1%-i Kürdəmir, 10,6%-i Ağsu, 8,5%-i Ucar və 6,2%-i Saatlı olmaqla, ümumilikdə 55,5%-i 5 rayonun payına düşüb. Belə ki, ölkə üzrə nar istehsalı 2015-ci ilə nisbətən 15,2%, 2019-cu ilə nisbətən isə 0,6% artaraq 182,1 min ton olub. Nar istehsalının 59,3 %-i 5 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar: Göyçay-20,9%, Kürdəmir-17,3%, Sabirabad-7,5%, Şəmkir-7,3%, Hacıqabul-6,4% paya malikdirlər.
Azərbaycanda geridə qoyduğumuz ilə nisbətən narın məhsuldarlığı 0,2% artaraq 85,8 sent/ha olub. Narın əsas istehsalçı rayonları olan Şəmkir, İmişli, Göyçay, Sabirabad, Kürdəmir və Hacıqabul rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksəkdir.
Cari ildə Azərbaycana nar idxalı əvvəlki ilə nisbətən 24,3% azalaraq 23,1 ton olub. 2020-ci ildə ölkədən nar ixracı isə ən yüksək həddə çataraq 19,4 min ton olub. Bu göstərici mövcud sahədə atılmış uğurlu addımların nəticəsidir.
Nar bağlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,62%-3,08% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,65% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Məhsuldarlığı 85 sentner, 1 sentnerin qiyməti 100 manat, yəni ümumilikdə 8 500 manatlıq məhsul gözləniən nar bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 69-131 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 34,5-65,5 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 7 650 manatadək sığorta ödənişi edilə bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
4 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
4 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Ən çox oxunanlar
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi













.jpg)













