Uzunluğu 1019 metr təşkil edən tuneldə qazma işləri yekunlaşıb
Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.
Yol başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəyə uyğun inşa edilir.
Yolun ilk 77 km-lik hissəsinin 6, qalan 46,6 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edir.
Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır.
Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə artıq qazma işləri yekunlaşıb, hazırda beton işləri icra olunur. Uzunluğu 1 810 metr təşkil edən T2 tuneli üzrə 450 metr, uzunluğu 3171 metr təşkil edən T3 tunelinin isə 500 metr hissəsində qazma işləri aparılıb. Hazırda sözügedən tunellərdə qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması həyata keçirilir.
Uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.
Suların ötürülməsini təmin etmək məqsədilə layihə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası yekunlaşıb. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 60 ehtiyat keçidindən 15 keçidin inşası bitib, 6 keçidin tikintisi isə davam edir.
Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri də icra edilir. Belə ki, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri, paralel olaraq asfalt örtüyünün tikintisi həyata keçirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan MR ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 d. əvvəl
- 13 d. əvvəl
-
16 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
-
39 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
59 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Ən çox oxunanlar
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
























