Azərbaycanla Bolqarıstan şərab marşrutlarının yaradılmasını müzakirə edib
Azərbaycanla Bolqarıstan arasında şərabçılıq turizmi üzrə əməkdaşlıq sənədi imzalanıbMayın 12-də Azərbaycan Turizm Bürosu ilə Bolqarıstan Şərab Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə anlaşma memorandomu imzalanıb.
Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, sənədə əsasən tərəflər arasında işçi qrupunun yaradılması, eləcə də turizm sərgilərində və digər şərab turizmi tədbirlərində qarşılıqlı dəstəyin göstərilməsi nəzərdə tutulub.
Onlayn formatda keçirilən görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin olduğunu, bu istiqamətdə turizm marşrutlarının hazırlandığını, ölkədə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyini qeyd edib. Florian Zenqstşmid Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunda Azərbaycanın iştirakı haqqında da məlumat verib.
Müzakirələr zamanı Bolqarıstan Şərab Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri İvaylo Katerski “İter Vitis” şərabçılıq marşrutu layihəsinə üzv olmağın əhəmiyyətini vurğulayaraq Azərbaycan və Bolqarıstan arasında şərabçılıq marşrutu təcrübəsini inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.
Görüş çərçivəsində iki ölkə arasında şərab turizminin inkişafı, yerli üzüm sortlarının təkmilləşdirilməsi və qarşılıqlı tanıdılması, eləcə də şərab marşrutlarının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)

