Dövlət Xidmətindən "SOCAR PETROLEUM" barəsində 27,4 milyon manatlıq qərar!
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "SOCAR" yanacaqdoldurma məntəqələrinin sahibi olan "SOCAR PETROLEUM" şirkətini cəzalandırdı. Fəaliyyəti nəticəsində əldə etdiyi 27 milyon 412 min 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilib. Buna səbəb araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunmasıdır.Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.
Xidmətin Marja.az-a daxil olmuş məlumatda qeyd edilib ki, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.
Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27 milyon 412 min 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.
"Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir",- Dövlət Xidməti xəbərdarlıq edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.
Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 15.09.2008-ci ildə təsis edilmiş və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır. “SOCAR PETROLEUM” QSC yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir. Eyni zamanda, “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətlərindən biri neft məhsullarının satışını təşkil və təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























