Avropada rouminq ödənişləri ləğv edildi
Avropa Birliyi (AB) ölkələrində mobil telefon operatorlarının abunəçilərə təqdim etdiyi səyahət rouminqinə bu gündən etibarən son verilir.
"Marja" xəbər verir ki, üzərində 10 ildən uzun bir müddətdir çalışılan, AB Komissiyasının hazırladığı və Avropa Parlamenti (AP) tərəfindən qəbul olunan "Evdəki kimi səyahət" adlı rouminq qanunu bu gün qüvvəyə minib.
Qanunla, 15 İyun 2017-ci il tarixindən etibarən AB daxilində hər hansı bir ölkənin mobil telefon operatorunun abunəçisi olan istifadəçi, başqa AB ölkəsinə edəcəyi səyahətlərində özünün operatorunun tarifi üzərindən zəng, mesajlaşma və məlumat paketlərindən əlavə rouminq haqqı ödəmədən istifadə edəcəkdir.
Beləliklə, AB üzvü olan ölkələrin vətəndaşlarının, iş, istirahət və özəl səyahətlərində bir başqa AB üzvü ölkəsinin sərhədlərini keçdikdə aldığı rouminq mesajlarına və istifadə məhdudiyyətinə son qoyulur.
İstifadəçilər, mobil abunə paketlərini digər ölkədə öz ölkələrindən daha uzun müddət istifadə edərsə məhdudlaşdırılmış bir əlavə pul ödəyəcəklər. Bu pul 2017-ci ildə 1 dəqiqəlik çıxış üçün 3,2 avro/cent, qısa mesaj (SMS) başına 1 avro/cent, mobil internet istifadəsində 1 giqabayt istifadə üçün 7,75 avro ilə məhdudlaşdırılacaq. Bu ödənişlər də mərhələli şəkildə aşağı salınacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)







.jpg)







