Kapital Bank BAFT-ın 100 illik yubileyinə həsr olunan Qlobal Toplantıda iştirak edib
(®) Kapital Bank 1–4 may 2022-ci il tarixlərində Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumu olan Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Qlobal İllik Toplantı BAFT-ın pandemiya başlayandan sonra keçirdiyi ilk canlı tədbirdir.
Toplantıda Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov iştirak edib. Fərid Səmədov həmçinin 2021-ci ildə BAFT Gələcək Liderlər Proqramına (“BAFT Future Leaders Program”) seçilib. Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir.
Hibrid formatda – həm onlayn, həm canlı şəkildə ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan BAFT-ın builki Qlobal Toplantısı qurumun 100 illik yubileyinə həsr olunub. Tədbir beynəlxalq ekspertlərin çıxışları, müxtəlif mövzularda sessiyalar və iştirakçılar arasında fikir mübadilələrinin aparılması üçün ikitərəfli görüşlərlə yadda qalıb. Gündəmdə olan mövzular sırasına qlobal iqtisadiyyat və gələcək fəaliyyət, rəqəmsallaşma və texnologiya, dünya iqtisadiyyatına və onun sabitliyinə təsir edən yeni çağırışlar, ekoloji, sosial və korporativ idarəetmə və digər məsələlər daxil edilib.
Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasının (American Bankers Association) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə qurumudur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















