“Nargis” Fondunun təşkilatçılığı və Coca-Cola-nın dəstəyilə iftar çadırları qurulur
Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə müqəddəs Ramazan ayı münasibətilə Qəbələ rayonunda 25-29 aprel tarixləri arasında İftar çadırlarının təşkilinə dəstək olmuşdur.
"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova iftar tədbirinə qatılaraq hər kəsi müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir:
“Coca-Cola xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə hər zaman böyük ehtiram və diqqətlə yanaşmışdır. Milyonlarla insanı birləşdirən Ramazan ayında paylaşmaq, cəmiyyətə dəstək olmaq xüsusi önəm daşıyır və biz də bu gözəl təşəbbüsə qoşularaq Qəbələ və ətraf bölgələrin sakinləri üçün iftar məclislərin qurulmasına dəstək olaraq öz töfhəmizi vermiş olduq. Hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edir, oruclarınızın qəbul olunmasını diləyirik”.
“Nargis” Fondunun bu təşəbbüsünə Coca-Cola ilə yanaşı PAŞA Bank, TİKA, Gəncliyə Yardım Fondu, Türkiyə Diyanət Vəqfi və bir sıra digər yerli şirkətlər də dəstək olmuşlar.
İftar məclislərində həmçinin şəhid və qazi ailələri də iştirak etmişdir.
Qeyd edək ki, Coca-Cola Azərbaycan ölkədə aztəminatlı ailələrə dəstək üçün hər il müxtəlif təşəbbüslərə qoşulur, layihələr həyata keçirir. Son belə təşəbbüslərdən biri də ASAN Könüllüləri təşkilatı həyata keçirilən “Birlikdəyik” layihəsi olmuşdur. Layihə çərçivəsində 4000 aztəminatlı ailəyə ərzaq və şəxsi gigiyena ləvazimatları təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























