Xarici şirkət Azərbaycandakı universitetə 350 min manatlıq nəşriyyat evi hədiyyə etdi
Bu gün bp Azərbaycanın neft-qaz sahəsində ən qədim təhsil ocağı və postsovet məkanında ən nüfuzlu energetika universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tam təchiz olunmuş müasir nəşriyyat evi hədiyyə edib.
bp-dən Marja-ya daxil olmuş məlumata görə, bununla bağlı universitetdə nəşriyyat evinin açılışı tədbiri keçirilib.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz Azərbaycanla 30 illik tərəfdaşlığımızın ilk günündən Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq edirik. Bu müasir nəşriyyat evinin istifadəyə verilməsindən çox məmnunuq və inanırıq ki, bu, professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə təkan verəcək. Biz həmçinin ümid edirik ki, nəşriyyat evi 10000-dən çox tələbə və 800 nəfərlik professor-müəllim heyətinə fayda gətirməklə universitetin çap və nəşr ehtiyaclarını tam təmin edəcək.”
Layihə yerli universitetlərdə təhsil və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, tədris infrastrukturunun təkmilləşdirilməsi, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq əlaqələrinin qurulması və qabaqcıl beynəlxalq təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi səylərinə bp-nin dəstəyinin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 370 min manat təşkil edir və buraya nəşriyyat və çap avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də obyektin işə salınması üzrə xərclər daxildir.
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















