"Azergold" daha 2 tenderini yekunlaşdırıb - 43 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
"Azergold" QSC Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, "Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasindakı filialıdır.
"Azergold" qalib ilə məbləği 40 milyon 757 min manat olan müqavilə imzalyıb.
Həmçinin, Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınması ilə bağlı keçirilmən tenderin qalibi "Real İnşaat" MMC şirkəti olub və bu şirkət ilə məbləği 2 milyon 248 min manat olan müqavilə imzalanıb.
Bir neçə gün öncə, "Azergold" QSC "Geoloji kəşfiyyat, yeraltı mağara keçmə, topoqrafik planalma və hidrogeoloji monitorinq tədqiqatlarının aparılmasına dair işlərin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.Qalib şirkət "Blasto" QSC- olub. "Azergold" qalib şirkət ilə məbləği 21 milyon 549 min 960 manat olan müqavilə imalayıb.
Dövlətə məxsus "Azergold" QSC "Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alınması" ilə bağlı tenderi də yekunlaşdırıb. Qalib şirkət "Star Mining" MMC-dir. "Azergold" şirkəti "Star Mining" ilə məbləği 72 milyon 981 min manat olan müqavilə imzalayıb.
Həmçinin "AzerGold" QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti "Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması" üçün tenderi yekunlaşdırmışdır. Qalib şirkət "Azeri Mining Group" Məhdud Məsuliyyətli Cəmiyyətidir. “Daşkəsən Dəmir Filiz” şirkəti "Azeri Mining Group" şirkətilə məbləği 118 milyon 948 min manat olan müqavilə imzalanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















