“AzNar” QSC-nin direktorlar şurası və idarə heyəti barədə məsələlər müzakirə ediləcək
Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyində dəyişiklik olduğuna görə, 27 may 2022-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları barədə.
2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.
3. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.
4. Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası barədə.
5. Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı barədə.
6. Teymur Əhmədov adına “AzNar” QSC-nin restrukturizasiyası və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər barədə.
Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















