Dünyanı narahat edən bahalaşma
Qarğıdalının buşelinin qiyməti son on ildə ilk dəfə 8 dolları keçibUkrayna-Rusiya müharibəsi səbəbindən taxılın qiymətinin qalxması davam edir. Taxılın qiymətinin qalxması da qlobal inflyasiya proqnozu üçün yüksəliş riski kimi önə çıxır.
Marja xəbər verir ki, Çikaqo birjasında qarğıdalının 1 buşelinin (25,40 kq) qiyməti son on ildə ilk dəfə 8 dolları keçib. Beləliklə, Rusiya-Ukrayna müharibəsi qlobal təklifi təhdid etdiyi və tələb artırdığı üçün qarğıdalı qiymətləri rekord səviyyəyə yaxınlaşıb.
Qarğııdalıda sonuncu dəfə qiymət rekordu 2012-ci ildə, ABŞ-ın orta qərbində quraqlıq və isti havanın əkinlərə zərər verdiyi zaman qeydə alınmışdı.
Xüsusilə Kanadada soyuq hava və qar yağması əkin işlərini yavaşlatdığından buğda fyuçersləri də yüksəlib.
Müharibədən əvvəl də dünyanın ən böyük ixracatçısı olan ABŞ-da qiymətlər artıq yüksəlirdi, çünki artan gübrə xərcləri əkin perspektivlərini zəiflədib. Ukraynanın Rusiya tərəfindən işğalı ilə ixracın təxminən beşdə birindən məsul olan bölgədə kənd təsərrüfatı və ticarət axını pisləşdirib.
Qarğıdalı və buğda qiymətlərinin artması soya, şəkər və pambıq kimi məhsulları izləyən Bloomberg Kənd Təsərrüfatı İndeksinin rekord həddə çatmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"





















