“Aztelekom”un xalis zərəri 5 dəfə artıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC 2020-ci ili 8 milyon 516 min manat xalis zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə bu, 2019-cu ilə nisbətən 4,5 dəfə çoxdur.
2020-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 90 milyon 677 min manat (2019-cu illə müqayisədə 7,5% çox), xidmətlərinin maya dəyəri 65,6 milyon manat (19,5% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 31 milyon 334 min mant (11,6% çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən zərəri 1 milyon 969 min manat (2,2 dəfə çox), maliyyə xərcləri 655 min manat (45,4% az), sair qeyri-əməliyyat gəlirləri 1 milyon 57 min manat (2,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 692 min manat (5,5 dəfə az) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 227 milyon 320 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8% artaraq 35 milyon 697 min manata, balans kapitalı isə 4,7% artaraq 191 milyon 623 min manata çatıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 milyon 525 min manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
ZƏRƏRİN SƏBƏBİ
“Aztelekom” MMC-nin 2020-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalında bildirilir ki, Cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2019-cu illə müqayisədə 2020-ci ilin gəliri 7,5% artaraq 90 milyon 677 min manata çatmışdır. Ümumi gəlirlərdə müşahidə edilən artıma baxmayaraq, Cəmiyyət 2020-ci ili 8 milyon 516 min manat zərərlə başa vurmuşdur. Zərərin formalaşmasına əsas səbəb əmək haqqı üzrə xərclərin və amortizasiya xərclərinin artması olmuşdur. Belə ki, işçilərin sosial rifahının yaxşılaşdırılması, həmçinin pandemiya ilə əlaqədar bəzi işçi heyətinin gücləndirilmiş iş rejiminə keçirilməsi əlavə ödənişlərin yaranmasına və müvafiq xərc maddəsinin müşahidə edilən ildə 14% artmasına gətirib çıxarmışdır. Zərərin formalaşmasına səbəb olan digər xərc maddələrindən amortizasiya xərcindəki artım Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Starteji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İnformasiya Kommunikasiya Texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Cəmiyyətin kapital qoyuluşları proqramını yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Belə ki, müvafiq proqram çərçivəsində tikintisi və quraşdırılması başa çatmış əsas vəsaitlər istismara verilmiş və bu da öz növbəsində əvvəlki telekommunikasiya sistemləri və avadanlıqların daha tez köhnəlməsinə gətirib çıxarmış, nəticədə amortizasiya xərci 29% artmışdır. Cəmiyyətin əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri 2020-ci il üzrə 12 milyon 429 min manat təşkil etmişdir və bundan əlavə dövlət büdcəsindən regionlarda Universal Telekommunikasiya Xidmətlərinin təmin edilməsi ilə əlaqədar 17 601 min manat məbləğində vəsait ayrılmışdır. (Həmin məbləğ 2019-cu ildə 10 372 min manat olmuşdur). Ümumilikdə Cəmiyyətin 2020-ci ilin sonuna pul vəsaitlərinin vəziyyəti ötən illə müqayisədə xeyli yaxşılaşaraq 621 min manatdan 3 milyon 325 min manata qədər artmışdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat sonra
-
5 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 6 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi

















