"Azərsun" Ukraynadan halal ət alır
Son günlər mətbuatda mal əti konservlərinin mənşəyi bəlli olmayan ətlərdən hazırlandığı barədə məlumatlar yayımlanıb. “Azərsun Holdinq” bu xəbərlərin əsasız olduğunu sübut etmək, media mənsublarını “Qafqaz” konserv zavodundakı iş prosesi ilə əyani tanış etmək üçün zaovoda media tur təşkil edib.
"Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu kimi səfərlərin MMC-nin tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinə mütəmadi təşkil olunduğunu deyib.
Konserv məhsullarının istehsalı zamanı istifadə olunan halal sertifikatlı ətin xarici ölkələrdən alındığı və zavod daxilində fəaliyyət göstərən, ən yüksək avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanıldığı qeyd olunub.
Media nümayəndələri istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesi ilə birbaşa tanış olmaq imkanı qazanıb.
Jurnalistlərə bildirilib ki, zavod yarandığı gündən indiyədək yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir. "Qafqaz Konserv Zavodunda emal olunan halal sertifikatlı ət Ukraynadan alınır. Buna görə, "Azərsun Holdinq" istehsal etdiyi konserv məhsulları ilə bağlı hər hansı şikayəti qəbul etmir.
"Qafqaz" Konserv Zavodunda yaradılan müasir istehsal imkanları yüksək keyfiyyətli məhsulların istehsalına imkan verir. Zavodda həmçinin xammalın girişindən istehsalına qədər bütün mərhələlərdə yüksək nəzarət mexanizmi mövcuddur", - deyə holdinq rəsmisi bildirib.
©APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)








.jpg)






