Nokia Rusiyada fəaliyyətini dayandırır
Telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” Rusiya Federasiyasında fəaliyyətini dayandırır.
Marja xəbər verir ki, bu barədə Finlandiya şirkətinin çərşənbə axşamı öz saytında dərc edilmiş açıqlamada bildirilir.
Şirkətin Rusiya bazarını tərk etmənin səbəbi Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatıdır.
Şirkət Rusiyada fasiləsiz informasiya axınının və internetə çıxışın təmin edilməsinin vacibliyini qeyd edib. “Biz Rusiya bazarını tərk edəndə şəbəkənin saxlanması üçün lazımi dəstəyi göstərməyə çalışacağıq və mövcud sanksiyalara uyğun olaraq bu dəstəyi təmin etmək üçün müvafiq lisenziyalar üçün müraciət edəcəyik”, – şirkət bildirib.
Nokia-nın Rusiya Federasiyasındakı müştəriləri MTS, VimpelCom, Megafon və Tele2-dir. Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı Nokia şirkəti Rusiyaya avadanlıq tədarükünü də dayandırıb.
Nokia mobil, sabit, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlıqları istehsal edir. Onun səhmləri Frankfurt am Main, Nyu-York və Helsinki birjalarında yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb




























