G7 ölkələri Rusiyaya bütün investisiyaları qadağan edəcək, ixrac və idxalı məhdudlaşdıracaq
G7 ölkələrinin liderləri bildiriblər ki, Ukraynada döyüşlər davam etdikcə, “Rusiyanın iqtisadi, maliyyə və texnoloji cəhətdən təcrid olunması” prosesi uzun sürəcək.Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya bütün investisiyaları qadağan edəcək, ixrac və idxal məhdudiyyətlərini genişləndirəcək.
Marja xəbər verir ki, bu barədə bu dövlətlərin liderlərinin cümə axşamı dərc olunmuş bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Biz Rusiya iqtisadiyyatının əsas sektorlarına, o cümlədən enerji sektoruna yeni investisiya qoyuluşunu qadağan edirik. Biz Rusiyanın təhlükəsizliyi, hökumət strukturları və iqtisadiyyatı üçün vacib olan qabaqcıl malların və ixtisaslaşdırılmış xidmətlərin ixracı ilə bağlı qadağaları genişləndirmək niyyətindəyik. Biz həmçinin Rusiyaya gəlir gətirən bir sıra malların idxalına məhdudiyyətləri sərtləşdirəcəyik”.
G7 ölkələrinin liderləri bildiriblər ki, Ukraynada döyüşlər davam etdikcə, “Rusiyanın iqtisadi, maliyyə və texnoloji cəhətdən təcrid olunması” prosesi uzun sürəcək.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini, bir çox xarici şirkətlər isə Rusiya bazarını dayandırdıqlarını və ya tərk etdiklərini açıqladılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
23 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb



























