Samsung 2022-ci ilin birinci rübündə mənfəətin 50% artacağını proqnozlaşdırır
Şirkətin məlumatına görə, ilin ilk üç ayında əməliyyat mənfəəti təxminən 11,5 milyard dollar təşkil edib.Cənubi Koreyanın “Samsung Electronics” şirkəti cari ilin birinci rübündə əməliyyat mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 50,3% artacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, müvafiq məlumatlar şirkətin saytında dərc olunan xərclər və gəlirlər haqqında ilkin hesabatda yer alır.
Məlumata görə, 2022-ci ilin ilk üç ayında ümumi əməliyyat mənfəəti təxminən 11,5 milyard dollar (14,1 trilyon von) təşkil edib. 2021-ci ilin birinci rübündə şirkət 7,6 milyard dollar (9,38 trilyon von) əməliyyat mənfəəti əldə etmişdi. "Yonhap" agentliyinə görə, 2022-ci ildə əməliyyat mənfəəti gözləniləndən çox olub.
Ümumi satışlar təxminən 63,1 milyard dollar (77 trilyon von) təşkil edib. Rəqəmlər yekun hesabatda təsdiqlənərsə, bu, birinci rübün satışları arasında rekord göstərici olacaq.
Yonhap-ın qeyd etdiyi kimi, ilin ilk üç ayında müsbət performans mikroçiplərə və smartfonlara güclü tələbatla bağlıdır. Mütəxəssislər hesab edirlər ki, satış və əməliyyat gəlirləri sonrakı hesabat dövrlərində də artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
23 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb




























