Yeni sanksiya çağırışları neft qiymətlərinin artmasına səbəb olub
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan (Jake Sullivan) və Fransa prezidenti Emmanuel Makron tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi çağırışları neft bazarlarında qiymətlərin artmasına səbəb olub.Neft bazarlarında Rusiyaya qarşı mümkün yeni sanksiyalar yenidən narahatlıq mənbəyi kimi gündəmə gəlib.
Marja xəbər verir ki, ABŞ xam neftinin qiyməti 105 dolları, Brent neftinin qiyməti 108 dolları keçib.
Bahalaşmaya ABŞ və Avropadan Rusiyaya qarşı yeni sanksiyalara işarə edən açıqlamalar səbəb olub.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan Ukraynanın Buça şəhərində baş verən hadisələrdən sonra bu həftə Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaqlarını qeyd edib. Sallivan qeyd edib ki, sözügedən sanksiyalar enerji sahəsini də əhatə edə bilər.
Sallivan həmçinin vurğulayıb ki, ABŞ müttəfiqləri ilə Rusiyaya qarşı iqtisadi sanksiyaları davam etdirəcək.
Oxşar bəyanatla Fransa prezidenti Emmanuel Makron da çıxış edib: “Buça hadisələri Rusiyaya qarşı yeni sanksiyalar və çox aydın tədbirlər tələb edir”. Makron sanksiyaların kömür və neft alışını əhatə edə biləcəyinə diqqət çəkib.
Neft bazarında yenidən sanksiyalarla bağlı narahatlıqlar üstünlük təşkil edərkən, səudiyyəlilərin qiymət artırması da ön plana çıxıb.
Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco gələn ay Asiyaya göndərilən Arab Light markalı neftin bir barelinin qiymətini 9,35 dollar qaldırıb. Apreldə artım 4,40 dollar olub.
Səudiyyə Ərəbistanının bu addımı OPEC+ koalisiyasının ötən həftə neft hasilatını mərhələli şəkildə artırmaq qərarından sonra atılıb. Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi 23 ölkədən ibarət OPEC+ qiymət artımının qarşısını almaq üçün ABŞ başda olmaqla bəzi ölkələrdən hasilatı sürətləndirmək çağırışlarını cavabsız qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
-
31 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb


























