ABŞ-ın bənzərsiz həmləsilə neft qiymətləri düşməkdə davam edir
ABŞ-da Bayden administrasiyasının strateji neft ehtiyatlarından gündəlik 1 milyon barel neft satılacağını elan etməsilə neft qiymətləri düşməkdə davam edir.ABŞ-ın strateji ehtiyatlardan satış edəcəyi barədə həmləsi neft qiymətlərinin düşməsinə səbəb olur.
Marja xəbər verir ki, ABŞ xam nefti 98 dollar səviyyəsinə, Brent markalı neft isə 103 dollar səviyyəsinə enib (Bakı vaxtı ilə saat 11:00-a olan məlumatlar).
ABŞ-ın strateji ehtiyatlardan daha çox satış etməsi planı neftlə bağlı gözləntilərə yenidən baxılmasına səbəb olub. "Goldman Sachs" ilin ikinci yarısı üçün Brent markalı neft proqnozunu 10 dollar azaldaraq 125 dollara endirib. Bank ABŞ-ın sözügedən addımının neftdəki struktur kəsirini bağlamaq üçün kifayət etməyəcəyini də bildirib.
ABŞ gündəlik 1 milyon barel bazara çıxaracaq
ABŞ administrasiyası benzinin qiymətinin aşağı salınmasına və ölkə daxilində inflyasiya ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatlarından gündə 1 milyon barel neft satışa çıxaracağını açıqlayıb.
Ağ Evdən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumunu gücləndirdiyi vaxtdan bəri benzinin qiymətinin təxminən 1 dollar artdığı, neft tədarükünün azaldığı və müharibə səbəbindən qiymətlərin artdığı qeyd edilib.
Açıqlamada ABŞ prezidenti Co Baydenin benzinin qiymətinin artırılması ilə bağlı 2 mərhələli plan açıqlayacağı bildirilib və planın birinci mərhələsinin tədarükün artırılması olduğu vurğulanıb.
Açıqlamada ABŞ-ın müttəfiqləri ilə apardığı məsləhətləşmələr nəticəsində qarşıdakı 6 ay ərzində gündəlik orta hesabla 1 milyon barel neft satışa buraxılacağı bildirilib və bu məbləğin tarixdə ən böyük ehtiyat buraxılışı olduğu qeyd edilib.
"Bunun miqyası bənzərsizdir. Bu müddət ərzində dünyada heç vaxt bu qədər sutkada 1 milyon barel neft ehtiyatı satışa çıxarılmayıb", - açıqlamada deyilir.
Ağ Ev açıqlamasında, neft şirkətlərinin illərdir istifadə etmədiyi quyulara görə haqq ödəmələrini təklif edib və bununla əlaqədar Konqresə çağırış edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
























