Aqrar Sığorta Fonduna kütləvi müraciətlər başladı – ÇOXSAYLI SIĞORTA HADİSƏLƏRİ
Son həftələr respublikada hava şəraitinin kəskin dəyişməsi, bəzi ərazilərdə güclü yağışlar, sel-subasması, külək, qasırğa fırtına, temperaturun kəskin aşağı düşməsi və sair hallarla müşayiət olunub.
Bu hallar nəticəsində bölgələrdəki kənd təsərrüfatı obyektlərinə – əkin sahələrinə də zərər dəyir.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, baş verən hadisələrlə bağlı Fonda çoxsaylı müraciətlər başlayıb.
"İndiyədək əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş sahibkarlar və şirkətlər sığorta hadisələri ilə bağlı Fonda müraciətlər edirlər. Müraciətlər sel-subasma, güclü külək, qasırğa, üçüncü şəxslərin hərəkətləri, o cümlədən mal-qaranın əkin sahələrini məhv etməsi, şaxtavurma və sair halları əhatə edir. Fermerlərin hadisələrlə bağlı bütün müraciətləri qeydə alınır, cavablandırılır, hadisələr araşdırılır və ilkin olaraq dəyən zərərin məbləği dəqiqləşdirilir".
Fond bildirir ki, bölgələrdən daxil olan müraciətlər müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır: "Ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək".
Fond bildirir ki, təsərrüfatlarda hadisələr Cəlilabad, Masallı, Qobustan, Kürdəmir, Şəki, Neftçala, Qəbələ və başqa rayonlarda qeydə alınıb: "Zərər çəkən sahələr arasında taxıl səhələri, meyvə bağları, fındıq sahələri var. Bütün hallar araşdırılır".
Aqrar Sığorta Fondu bir daha sığortalı fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırır.
Eyni zamanda Fond indiyədək sığortadan istifadə etməyən fermerləri və şirkətləri belə halları nəzərə almağa və aqrar sığorta vasitəsilə təsərrüfatlarını sığortalamağa dəvət edir:
"Hazırda dövlət dəstəkli aqrar sığorta mexanizmi ölkədə ən çox becərilən 41 bitkini 30-a qədər riskdən qoruyur. Son günlər bu risklərlə bağlı hadisələri müşahidə edirik. Aqrar sığorta tariflərini və bu sahədə fermerlərə 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, aqrar sığorta əkinləri qorumaq üçün olduqca sərfəli üsuldur. Fermerlərimizi dövlətin yaratdığı bu imkandan faydalanmağa çağırırıq".
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)










