Azərbaycanda A4 kağızlar kəskin bahalaşıb, qıtlıq yarana bilər - 80% ARTIM
Son günlər Azərbaycanda A4 kağızlar kəskin bahalaşıb. Ötən ay 5 - 5,5 manat aralığında satılan A4 kağız qiymətləri bu gün 9 manatadək yüksəlib. Başqa ifadə ilə qiymətlər 80 faizədək artıb.
Marja.az-ın bu məhsulun idxalı ilə məşğul olan şirkətlərdən əldə etdiyi məlumata görə, bahalaşma Rusiyanın xarici ölkələrə A4 kağızların satışını dayandırması ilə əlaqədardır.
Verilən məlumata görə, Azərbaycan bazarında satılan A4 kağızların 90 faizi Rusiyadan idxal olunur. Rusiya zavodları Ukraynadakı müharibədən sonraA4 kağız istehsalını azaldıblar. Bunun səbəbi Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən zavodların kağızların ağardılmasında istifadə edilən xammal daxil bir sıra mal və materialları Avropadan idxal edə bilməmələridir.
“Azərbaycan bazarında ən çox istehsalı Rusiyada olan “Sveto Copy” və "Snequroçka" A4 kağızları satılır. Artıq Rusiya istehsalçıları bu məhsulları Azərbaycana göndərməyi dayandırıblar və buna səbəb olaraq kifayət qədər A4 kağız olmadığını bildirirlər. Biz çox çətin şəkildə, daha yüksək qiymətə zavodların Rusiya bazarında rəsmi dilerləri olan topdan və pərakəndə satıcılardan kağız alaraq idxal edirik. Artıq zavodlar dilerlərinə A4 kağızları xaricə satmamaları barədə xəbərdarlıq da edib”, - yerli idxalçılardan birinin əməkdaşı bildirib.
Marja-nın idxalçı şirkətdən əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda təxminən 1 aylıq A4 kağız ehtiyatı mövcuddur. Əgər Rusiya – Ukrayna müharibəsi uzanarsa və Rusiya zavodları Azərbaycana A4 kağız satışını tezliklə bərpa etməsələr qiymətlər daha da yüksələ, hətta kağız qıtlığı yarana bilər.
Digər məlumata görə, Türkiyənin A4 kağız istehsalçıları da Azərbaycana satışı dayandırıblar.
“Marja.az” mağazalardan A4 kağızın sürətlə bahalaşdığını öyrənib. “Əvvəllər 5,5 manata satdığımız A4 kağızlar ilk öncə 6,80 manata, ardınca 7,50 manata, hazırda isə 9 manata yüksəlib”, - mağazalardan birinin satıcısı bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 17 d. əvvəl
- 26 d. əvvəl
-
37 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)



.jpg)



.jpg)








