Podolyak: Danışıqlar davam edir, atəşkəs müzakirə olunur
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, çərşənbə axşamı Rusiya və Ukrayna nümayəndə heyətləri ümumi nizamlanma və atəşkəs məsələlərini müzakirə edirlər.
"Danışıqlar davam edir. Nizamlanmanın əsas məsələləri - atəşkəs və qoşunların ölkəmizin ərazisindən çıxarılması müzakirə olunur", - o, Telegram kanalında yazıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında müntəzəm danışıqlar bazar ertəsi onlayn formatda başlayıb. Daha sonra tərəflərin fasilə verdiyi açıqlanıb. Çərşənbə axşamı "Ukrayinska Pravda" nəşri Kiyev nümayəndə heyətinin üzvü, Radanın deputatı David Araxamiaya istinadən danışıqların bərpa olunduğunu yazıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, daha sonra görüş 5 saat davam edib. İkincisi martın 3-də Belovejskaya Puşçada, üçüncüsü martın 7-də Brest vilayətində baş tutub. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında görüş keçirilib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























