Zelenski: Kiyev nümayəndə heyəti Rusiya və Ukrayna prezidentləri arasında görüş barədə razılığa gəlməlidir
Dövlət başçısı qeyd edib ki, Ukraynanın məqsədi mürəkkəb danışıqlar prosesində ölkənin ehtiyac duyduğu nəticəni əldə etməsidir."Moskva nümayəndə heyəti ilə danışıqlarda Kiyev nümayəndələri Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün bütün səylərini göstərməlidirlər".
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Nümayəndə heyətləri (Rusiya və Ukrayna - red) heyətləri hər gün videoformatda ünsiyyət qururlar. Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - hər şeyi etmək ki, prezidentlərin görüşü baş tutsun, əminəm ki, insanlar bunu gözləyir. Biz başa düşdük ki, bu, çətin məsələdir, lakin zəruri yoldur. Məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, bu mürəkkəb danışıqlar prosesində Ukrayna bizim üçün, dünya üçün lazım olan nəticəni alsın- təhlükəsizlik, normal və təsirli təminatlarımız olsun”, - o videomüraciətində bildirib.
Bazar günü Rusiya prezidentinin sözçüsü Dmitri Peskov TASS-a bildirib ki, Moskva və Kiyev nümayəndələri arasında dialoq bazar ertəsi videobağlantı vasitəsilə davam etdiriləcək. Daha sonra Ukrayna nümayəndə heyətinin üzvü, hakim Xalqın qulluqçusu partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia saat qurşağını dəqiqləşdirmədən danışıqların saat 10:30-da başlayacağını bildirib.
Martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb. Söhbətin ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin heç vaxt təmaslardan imtina etmir, lakin bu, özlüyündə bir məqsəd deyil, konkret razılaşmaları düzəltmək yolu olmalıdır.
Fevralın 24-də Rusiya lideri qondarma Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















