Xaricdəki Azərbaycan vətəndaşlarına pasport yeni qaydada veriləcək
Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportunun verilməsi qaydası dəyişib.
Marja.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, bundan sonra Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış da tələb olunacaq. Bundan əlavə, indiyə qədər olduğu kimi həm də ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket, dövlət rüsumunun ödənilməsi barədə sənəd, pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə - valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd də tələb olunacaq.
Bundan əlavə, həmin hallarda şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Dövlət Miqrasiya Xidmətinə sorğu veriləcək. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu veriləcək.
Bu tələblər Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna da şamil olunu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























