Makron fransızlara ərzaq qiymətlərinin artması ilə bağlı xəbərdarlıq edib
Fransa prezidenti bildirib ki, bütün məhsullar üzrə qiymətlər artır.Marja xəbər verir ki, Apreldə keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürən Fransa prezidenti Emmanuel Makron Ukraynada davam edən münaqişə səbəbindən fransızların ərzaq qiymətlərinin artması ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
"Demək istəyirəm ki, bu böhran bizim həyatımıza təsir edəcək", - Fransa lideri Puissy (paytaxt regionu) kommunasında keçirdiyi ilk seçki iclasında bildirib.
"Bütün məhsullar üzrə qiymətlər artır. Qarğıdalı, buğda, yem bahalaşır. Fermerlər artıq çətin vəziyyətdədir", - Makron bildirib.
"Aydındır ki, vəziyyət digər ilkin tələbat mallarının qiymətlərinə təsir edəcək", - Fransa lideri deyib.
"Qısa müddətdə bu, fransızların alıcılıq qabiliyyətinə mənfi təsir edəcək", - Makron əlavə edib.
Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçiriləcək. Bazar ertəsi Konstitusiya Şurası Makronu və prezident marafonunda iştirak edəcək daha 11 namizədi qeydə alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















