“Fortis Academy”də Çingiz Abdullayevlə görüş - FOTOLAR
Martın 4-də “Fortis Academy”də görkəmli ziyalı, dünya şöhrətli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi Çingiz Abdullayev ilə görüş keçirildi.
Bakupost.az xəbər verir ki, ill olaraq akademiyada yaradılmış şəraitlə tanış olan xalq yazıçısı “Fortis Academy”nin xeyriyyə missiyasını təqdir etdi və belə bir tədris mərkəzinin varlığından məmnunluq duyduğunu bildirdi.
“Fortis Academy”nin kitabxanası ilə tanış olarkən Çingiz müəllim Azərbaycan Yazıçılar Birliyi tərəfindən akademiyanın kitabxanasına dünya ədəbiyyatına dair bir sıra kitabların hədiyyə olunacağını da bildirdi.
Daha sonra o, “Fortis Group”un toplantı zalında şagirdlərlə yaddaqalan görüş keçirdi. O, öz həyat təcrübəsini, məktəb xatirələrini, böyük şəxsiyyətlərlə yaddaqalan dialoqlarını görüş iştirakçıları ilə paylaşdı.
Şagirdlərin suallarını diqqətlə dinləyən və hər birinə tək-tək cavab verən tanınmış qələm sahibi onlara öz dəyərli məsləhətlərini verdi.
Olduqca səmimi mühitdə baş tutan görüşün sonunda iştirakçılarla xatirə şəkilləri çəkildi və böyük yazıçı şagirdlərə öz imzalı kitablarını hədiyyə etdi.
Onu da qeyd edək ki, “Fortis Academy”də abituriyent hazırlığına qeydiyyat davam edir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA























