Qida Təhlükəsizliyi Reyestri yaradılır
Milli Məclisdə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair tələblər müəyyənləşir.
Xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:
- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;
- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;
- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.
Xüsusi təyinatlı qida məhsulları aşağıdakı tələblərə uyğun istehsal edilməlidir:
- müvafiq istehlakçı qruplarının fizioloji tələbatlarını təmin etmək;
- tərkibinə yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən vitaminləri, mineralları və amin turşularını onların yol verilən hədləri çərçivəsində qatmaq.
Xüsusi təyinatlı qida məhsullarının təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Qida subyektləri bioloji aktiv qida maddələrinin emalı zamanı yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş vitaminlərdən və minerallardan istifadə edə bilərlər. Bioloji aktiv qida maddələrinin emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Bioloji aktiv qida maddələrinin emalı və dövriyyəsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
Eyni zamanda layihəyə görə, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq olunmuş xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən çıxarışları elektron qaydada gömrük orqanına təqdim edəcək.
Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.
Təsdiqi nəzərdə tutulan qida obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinə əsasən uyğunsuzluqlar aşkar edildikdə, həmin obyektlər aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti və yaratdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida obyektlərinin təsdiq qaydasında müəyyən edilmiş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilir.
Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
XXX
“Təhlükəli qidaların reyesteri yaradılır və reyester açıq olacaq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, təhlükəli qidalara qarşı həyata keçirilmiş tədbirlər də reyesterdə açıq şəkildə göstəriləcək: “Eyni zamanda təhlükəli qidaların qeydiyyatı da aparılacaq”.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
APA
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
21 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
4 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb


















