Blinken: Rusiya Ukrayna hökumətini devirməyə çalışacaq
ABŞ-ın dövlət katibi Antoni BlinkenABC telekanalına müsahibəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və Co Bayden administrasiyasının tətbiq etdiyi sanksiyaları dəyərləndirib.
Marja xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynada Vladimir Zelenski administrasiyasını devirməyə çalışacağına inandığını deyib.
ABŞ rəhbərliyinin Moskvanı hədəf alan sanksiyalarının təsirli olmasını gözlədiklərini açıqlayan Blinken, "Rusiyanın ilk 10 maliyyə qurumunu və bank aktivlərinin 80%-ini hədəf aldıq. Bunun çox ciddi təsirləri olacaq" deyib.
Blinken, Rusiya qüvvələrinin Kiyevi hədəf almağa başladığını və şəhərin şimal, şərq və cənubundan mühasirə əməliyyatı keçirildiyini bildirib və şəhərin 24 saat ərzində ələ keçiriləcəyi barədə şərhlər üçün hazırda bir şey deyə bilməyəcəyini qeyd edib.
Blinken, “Putinin Ukraynada hökuməti devirməyə cəhd etdiyinə əminsinizmi? sualına "Mən əminəm ki, o, bunu sınayacaq." -deyə cavab verib.
Rusiya prezidenti Vladimir Putinə qarşı birbaşa sanksiyalar variantının hələ də masada olduğunu bildirən Blinken əlavə edib ki, Putin Ukraynadan kənarda bir NATO ölkəsinə hücum edərsə, 5-ci maddə işə düşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)




.jpg)










