500 manatlıq əsginaslar çirkli pulların yuyulmasına şərait yarada bilərmi?
“Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin noyabr ayında dövriyyəyə buraxdığı 500 manatlıq əsginasların devalvasiyaya səbəb olacağı ilə bağlı fiirlərin ciddi əsası yoxdur. Onlar sadəcə kiçik nominallı əsginaslara qarşı psixoloji təzyiq yaradır”.
Bunu açıqlamasında yeni əsginaslarla bağlı cəmiyyətdə gedən müzakirələri şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, həmçinin bildirib ki, böyük nominallı əsginaslar çirkli pulların yuyulmasına şərait yaradır: "Bundan əvvəl dövriyyəyə 200 manatlıq əsginaslar buraxılıb. Həmin vaxt Azərbaycanda minimum əmək haqqı 250 manat olubsa, ən yüksək nominallı əsginasın bu məbləğdən az olması hardasa başa düşüləndir. İndi isə ölkədə minimum maaş 300 manatdır və 500 manatlıq əsginasın iqtisadi baxımdan mənfi təsirləri olmasa da, psixoloji baxımdan hansısa təsirləri ola bilər. Yəni, minimum əmək haqqı alan şəxs düşünür ki, onun aldığı məvacib bir əsginaslıq belə deyil.
Dünya təcrübəsi onu göstərir ki, böyük nominallı pul əsginaslarından istifadə özünü doğrultmur. 10-12 il bundan əvvəl Böyük Britaniyada 500 avroluq əsginaslar dövriyyədən çıxarıldı. Çünki hüquq mühafizə orqanlarının apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, bu pullar 80-90% hallarda cinayətkar məqsədlər, yəni çirkli pulların yuyulması məqsədi üçün istifadə olunur. Sonrakı illərdə isə Avropa Mərkəzi Bankı 500 avroluq əsginasları dövriyyədən çıxardı".
Ekspert hesab edir ki, 500 manatlıq əsginasların tədavül həcmi 1 milyon deyil, 1 000 ədəd olmalı idi.
Məsələ ilə bağlı “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, bu pullar ölkə ərazisində qanuni ödəniş vasitəsidir: "Bu əsginaslar çağdaş tariximizin ən şanlı səhifələrindən biri olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə tədavülə buraxılıb.
Ümumiyyətlə beynəlxalq təcrübədə görkəmli şəxsiyyətlərə, hər bir ölkənin mədəniyyətinə, incəsənətinə, eləcə də həmin ölkələrdə baş verən ictimai-siyasi və tarixi proseslərə həsr olunan müxtəlif mövzulara aid yubiley və xatirə pul nişanları tədavülə buraxılır.
Bu təcrübədən irəli gələrək xüsusi konsepsiya qəbul edilib və bu çərçivədə milli dəyərlərə, ümummilli qurur yeri olan tarixi nailiyyətlərə və görkəmli şəxslərin tərənnümünə həsr olunmuş yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılır.
500 manatlıq yeni pullar xatirə pul nişanı olmaqla yanaşı, ölkə ərazisində qanuni ödəniş vasitəsidir və nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir".
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 20 saat sonra
-
- 4 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
İyunun 19-da gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
























