Ruslar foreksdə rekord məbləğdə itiriblər
leverage2021-ci ilin dördüncü rübü Rusiya Forex (foreks) treyderləri üçün "sunami" itkisi gətirib.
Marja xəbər verir ki, “Kommersant” şirkətlərin statistikalarına və öz hesablamalarına istinadən yazır ki, üç ay ərzində ruslar qanuni brokerlər ilə əməliyyatlar çərçivəsində 368 milyon rubl itiriblər. Bu itki son beş ildə ikinci rekorddur: ruslar 2020-ci ilin birinci rübündə, pandemiyanın birinci dalğasında qlobal bazarların çökdüyü zaman böyük itki ilə üzləşmişdilər.
"İtkiyə məruz qalanlar əsasən kiçik müştərilər olub. Balansları kiçik olan müştərilər tez-tez aqressiv strategiyadan istifadə edir və tam "leverage"dən (borcdan) istifadə edərək əməliyyatlar həyata keçirirlər", - "Alfa Forex"in idarəedici direktoru Kirill Dronov izah edir.
O əlavə edir ki, varlı müştərilər, əksinə, daha konservativ ticarət edir və müsbət nəticələr əldə etmək ehtimalı daha yüksəkdir.
İlin əvvəlindən Rusiya bazarında əhəmiyyətli dəyişkənliyə baxmayaraq, foreks şirkətləri rekord ticarət həcmləri haqqında məlumat verirlər.
"VTB Capital Forex" qeyd edir ki, bu ilin yanvarında əməliyyatların sayı 2021-ci ilin yanvar ayı ilə müqayisədə iki dəfə çox olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
14 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
14 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
14 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)









.jpg)








