Marketinq Peşəkarları Birliyində rəhbər dəyişikliyi baş verdi
Marketinq Peşəkarları Birliyində rəhbər dəyişikliyi baş verib.
Bu barədə Marja-ya “Marketinq Peşəkarları” İctimai Birliyinin (MPA) İdarə Heyətinin sədri Namiq Bayramov məlumat verib:
“Nizamnaməyə əsasən qurumun İdarə Heyəti sədrliyinə seçkilər 2 ildən bir keçirilməlidir. Qurum 2017-ci ilin aprelində təsis olunub və həmin gündən bu səlahiyyət mənə həvalə olunub. Lakin qurumun rəsmi qeydiyyatı 2019-cu ilin iyulunda baş tutduğu üçün nizamnamə tələbləri də əsasən həmin tarixdən sonrakı dövrə şamil olunur. Ötən 6 ay ərzində seçkilərin keçirilməməsi səbəbi də sektorun əsas iş mövsümünün başlanması və hər kəsin çox məşğul olması idi. Düşündük ki, yanvar ayı seçki üçün optimal bir perioddur və ümumi yığıncağın iclasının keçirilməsini istədik. Onlayn formatda keçirdiyimiz bu toplantıda quruma faktiki olaraq rəhbərlik etdiyim 4 ilə yaxın müddət ərzində görülmüş işlərlə hər kəsi məlumatlandırdım.”
O, daha sonra İdarə Heyəti sədri seçkisi zamanı növbəti period üçün namizədliyini vermədiyini və sektorun tanınmış simalarından, eləcə də, MPA-nın qurucularından biri olan Elnur Nurəliyevin namizədliyini irəli sürdüyünü bildirdi.
“Təklif yekdilliklə dəstəkləndi və Elnur Nurəliyev sədr seçildi. Yaxın zamanda keçirilmiş seçkilərlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət ediləcək və Elnur Nurəliyev yeni sədr kimi sektorun uğurları üçün çalışacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb







.jpg)












