Səudiyyəlilər neftin qiymətini artırırlar
Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco” (Səudiyyə Ərəbistanı) “Arab Light” markalı neftin qiymətini fevral ayına nisbətən 60 sent artaraq 2,80 dollara yüksəldib.Səudiyyə Ərəbistanı, Brent markalı neftin bir barelinin qiymətinin 95 dollar səviyyəsinə yaxınlaşmasından sonra mart ayından etibarən Asiya, ABŞ və Avropadakı müştərilərinə satdığı neftin qiymətini artırdığını açıqlayıb.
Marja xəbər verir ki, ölkənin milli neft şirkəti “Saudi Aramco” ABŞ müştərilərinə satdığı neftin qiymətini bir barel üçün 30 sent artıracaq, avropalı müştərilər isə bir barrel üçün 70 sentdən 2,30 dollara qədər çox ödəyəcəklər. Uzaq Şərq ölkələrinə göndərilən neftin bir barelinin qiyməti 30-70 sent artırılıb.
Aramco “Arab Light” markalı neftin qiymətini fevral ayına nisbətən 60 sent artaraq 2,80 dollara yüksəldib. Bu artım əsasən analitiklərin gözləntilərinə uyğun olub.
2022-ci ilin əvvəlindən Brent markalı neftin bir barelinin qiyməti 20 faizə yaxın artaraq 93 dollar səviyyəsini keçib. “Omikron” variantında sürətli yayılmasına baxmayaraq, neftə tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur.
Bundan əlavə, neft ehtiyatları ötən ilki səviyyədən aşağıdır və əsas istehsalçılar daha çox istehsal etmək üçün mübarizə aparırlar. “Aramco”nun qərarından bir neçə gün əvvəl OPEC+ ölkələri növbəti ay üçün gündəlik neft hasilatını 400 min barel artırmaq qərarına gəliblər
Fevralın 2-də görüşdən sonra OPEC+ ölkələrinin nazirləri mart ayında neft hasilatını sutkada 400 min barel artırmağa davam etmək qərarına gəliblər. Bu templə OPEC+ sazişində iştirak edən ölkələr 2021-ci ilin avqust ayından hasilatı bərpa edir, lakin neft bazarındakı qeyri-müəyyənliyi nəzərə alaraq, hər növbəti ay üçün bu planı təsdiqləyirlər. Belə ki, 2022-ci ilin yanvarında OPEC+ ölkələri neft hasilatını sutkada 3,359 milyon barel, fevralda isə 2,959 milyon barel azaltmalı olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
-
17 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 33 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”





















