Bakının əhalisinin sayı açıqlanıb
2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb.
Bakı Statistika İdarəsindən verilən məlumata görə, əhalinin 49,6%-ini kişilər, 50,4%-ini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1051 nəfər olub.
2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7336 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib. Doğulanların 92-si əkiz, 1-i isə üçəmdir. Doğulan körpələrin 3846 nəfəri, yəni 52,4%-i oğlan, 3490 nəfəri, yəni 47,6%-i isə qız uşağıdır.
Hesabat dövründə Bakıda 3556 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.
2017-ci ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 2957 nikah və 1134 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 2 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 d. əvvəl
-
32 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)









.jpg)








