“Made in Azerbaijan” məhsulları “Amazon” və “eBay”- də satışa çıxarıldı
Azərbaycan Respublikasında istehsal olunan “Made in Azerbaijan” brendi məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.
İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub.
Azexport.az artıq “Made in Azerbaijan” brendi məhsullarını “Amazon” və “eBay” platformalarında vahid ad altında beynəlxalq alıcılara təqdim edəcək. Bu platformalarda satış proseslərinə ciddi nəzarətin və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqəlidir. Bundan əvvəl isə Azexport.az bu platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edirdi.
Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara inteqrasiyası nəzərdə tutulub. Əməkdaşlıqda maraqlı olan sahibkarlar portala müraciət edə bilərlər: https://azexport.az/
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. 2016-cı ildən başlayan fəaliyyət müddəti ərzində Azexport.az internet portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 720 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
