Dövlət zəmanəti ilə kredit almaq üçün 6 940 müraciətdən 4310-na mənfi cavab verilib
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 1,7 milyard manat məbləğində 6 940 müraciət daxil olub.
Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
Onun sözlərinə görə, bu müraciətlərdən 2 630-na müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit verilib. Kreditlərin say üzrə 99,4%-i, məbləğ üzrə isə 91,7%-i mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.
Xatırladaq ki, 30 iyun 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədərki dövrü əhatə edən proqram çərçivəsində 500 milyon manatlıq kreditə 300 milyon manata qədər dövlət zəmanətinin verilməsi, eyni zamanda kredit faizlərinin 7.5 %-dək hissəsinin subsidiyalaşması nəzərdə tutulurdu.
Ötən il sahibkarlar 130 milyon manatdan çox güzəştli kredit alıb
Osman Xaliyev əlavə edib ki, 2021-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) proqnozdan 0,6 milyon manat çox - 130,6 milyon manat güzəştli kredit verib.
Onun sözlərinə görə, bu məbləğ ümumi dəyəri 287,7 milyon manat olan 1902 layihəyə ayrılıb.
Ötən il SİF-in verdiyi kreditlərin 60,4 milyon manatı və yaxud təxminən 46%-i kiçik və orta məbləğli kreditlər olub.
Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni artıracaq
Bu il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ötən illə müqayisədə təxminən 10 milyon manat çox – 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.
“2022-ci ildə Fondun institusional bazasının daha da gücləndirilməsi, həmçinin, fəaliyyət planına uyğun olaraq hədəflər, o cümlədən elektronlaşma üzrə işlərin davam etdirilməsi planlaşdırılır”, - deyə Osman Xaliyev bildirib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)




.jpg)












