Apple-dan rekord gəlir - 123,9 MİLYARD DOLLAR
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın keçən ilin oktyabr-dekabr dövründəki gəlirləri tədarük zənciri problemlərinə baxmayaraq illik 11% artımla 123,9 milyard dollara çatıb.ABŞ-ın texnologiya nəhəngi Apple 2022-ci maliyyə ilinin ilk rübündə satış gəlirlərində 11 faiz artımla 123,9 milyard dollar cəmi gəlir əldə edib.
Marja xəbər verir ki, Şirkət 28 oktyabr 2021-ci ildə başlayan və 25 dekabr 2021-ci ildə başa çatan 2022-ci maliyyə ilinin birinci rübündə qazancları ilə bütün zamanların rekordunu qırmağı bacarıb. Apple-ın bu dövrdə xalis mənfəəti 20 faiz artaraq 28,7 milyard dollardan 34,6 milyard dollara yüksəlib.
Apple-ın açıqladığı məlumatlara görə, texnologiya nəhəngi 2022-ci maliyyə ilinin ilk rübündə 11% artımla 123,9 milyard dollar ümumi gəlir əldə edib. Şirkət bu gəliri iPhone, iPad, Mac, Macbook geyilə bilən texnologiya məhsulları və aksesuarlarından təmin edib.
Apple 2022-ci maliyyə ilinin birinci rübündə məhsulların satışından 104,4 milyard dollar məhsul və xidmətlərdən 19,5 milyard dollar gəlir əldə edib.
Məhsul kateqoriyalarına görə satış performansına nəzər saldıqda, Şirkət iPhone satışlarından 71,6 milyard dollar, Mac satışlarından 10,8 milyard dollar, iPad satışlarından 7,2 milyard dollar, geyilən əşyalar və ev aksesuarlarından 14,7 milyard dollar, xidmətlərdən isə 19,5 milyard dollar qazanıb. Satış gəlirlərində ən yüksək artımı 58 faiz artımla iPhone təmin edib.
Şirkət satış gəlirlərini ABŞ-da 11% artıraraq 51,4 milyard dollara, Avropada 9% artıraraq 29,7 milyard dollara, Çində 21% artıraraq 25,7 milyard dollara, Asiya-Sakit Okean Bölgəsində 19% artıraraq 9,8 milyard dollara çatdırıb. Şirkətin Yaponiyadakı satış gəlirləri 14 faiz azalaraq 7,1 milyard dollar olub.
''Apple 2030-cu ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün hərəkət edir''
Apple-ın baş direktoru Tim Kuk verdiyi açıqlamada deyib: “Bu rübdə innovativ məhsul və xidmətlərimiz sayəsində rekord gəlir əldə etdik. Rabitə və məlumatlara çıxışın çox vacib olduğu bu dövrdə müştərilərimizin məhsullarımıza göstərdiyi yüksək maraq bizi çox sevindirir. Biz daha yaxşı bir dünya yaratmaq üçün əlimizdən gələni edirik. Biz 2030-cu ilə qədər məhsullarımızda və tədarük zəncirimizdə sıfır karbon hədəfimizə çatmaq üçün irəliləyirik. Biz bir şirkət olaraq təhsil, irqi bərabərlik və ədalət üzərində işləyirik. Müştərilərimizin yeni məhsul və xidmətlərimizə yüksək marağı gəlirlərimizdə və mənfəətlərimizdə ikirəqəmli artım rəqəmlərinə çatmağımıza imkan verdi. Məhsullarımızdan aktiv istifadə edən müştərilərin sayında rekord səviyyələrə çatdıq.Bu rekord nəticələr bizə bu rübdə səhmdarlarımıza təxminən 27 milyard dollar geri qaytarmağa imkan verdi”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
10 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
10 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
11 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
11 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
Ən çox oxunanlar
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ















.jpg)


