Ukrayna ətrafında vəziyyət neft və qazın qiymətini yüksək saxlayacaq - BVF
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Ukrayna ətrafında yaranmış vəziyyət çox güman ki, bir çox ölkələr üçün enerji xərclərini daha da artıracaq, nəticədə baza inflyasiyası uzun müddət yüksək səviyyədə qalacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı BVF-nin idarəedici direktorunun birinci müavini Gita Gopinath (Qita Qopinat) keçirdiyi mətbuat konfransında bildirib.
Ondan Ukrayna ətrafındakı vəziyyətin enerji və ərzaq qiymətlərinə necə təsir edəcəyi soruşulub.
“İnflyasiya perspektivləri baxımından biz dünyanın demək olar ki, hər bir ölkəsində əsas inflyasiyanın yüksəlişini müşahidə edirik. Buna əmtəə qiymətlərinin, o cümlədən enerji və ərzaq məhsullarının qiymətlərinin son bir ildə bahalaşması şərait yaradıb. Buna görə də, Rusiya ilə Ukrayna arasındakı münaqişənin nəticələrinin nə olacağı ilə bağlı sualınıza belə cavab verə bilərəm ki, enerji bazarları üçün nəticələr çox güman ki, dünyanın bir çox ölkələri üçün neft və təbii qazın qiymətlərinin, ümumilikdə enerjinin qiymətinin daha da artması olacaq”,- Qopinat cavab verib.
“Neft və təbii qazın qiymətlərinin artması əsas inflyasiyanın uzun müddət daha yüksək səviyyədə saxlaya bilər. Təbii ki, biz də bütün beynəlxalq ictimaiyyət kimi bu problemin sülh yolu ilə həllinə ümid edirik”, - deyə o, yekunlaşdırıb.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü də istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Çərşənbə axşamı Peskov vurğulayıb ki, Kreml ABŞ-ın Ukrayna ətrafında gərginliyi artırmaq üçün hərəkətlərini böyük narahatlıqla izləyir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 d. əvvəl
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
55 d. əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Bir" ekosistemində yeni təyinatlar
"FINCA Azerbaijan" 1 dollar borc alır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
Ən çox oxunanlar
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Bakıda daha bir KFC restoranı açılacaq



















