"Araz Vadisi İqtisadi Zonası"nda Təbrizin traktor zavodunun filialı yaradıla bilər"
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında Təbrizin traktor zavodunun flialının yaradılması nəzərdə tutulur”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.
“İran avtomobillərinin istehsalı zavodu Neftçala Sənaye Parkında mövcuddur. Artıq onların ehtiyat hissələrin istehsalını da Neftçalada davam etdirmək istəyirik. Eyni zamanda əvvəllər dəyirman istehsalı ilə bağlı layihə mövcud idi. Həmin layihəni reanimasiya edərək irəli aparmaq istəyirik. Bir sıra bu tip layihələr var. Bu istiqmətdə işimizi qururuq ki, ölkələrimiz arasında faydalı əməkdaşlığın səviyyəsini daha da yüksəldək”, - deyə Ş.Mustafayev bildirib.
Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka 200 hektar ərazi ayrılıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
4 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
23 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 41 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
1 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















