Əhalinin kredit borcu 1,9 milyard manata yaxın artıb
Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi ilk dəfə 50%-i keçib.
Aərbaycanda ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) 2020-ci illə müqayisədə 2021-ci ildə 1 milyard 898 milyon manat artaraq 8 milyard 607,3 milyon manata çatıb. 2020-ci ilin sonunda ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 709,3 milyon manat təşkil etmişdi.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi ilk dəfə 50%-i keçərək 2021-ci ilin dekabr ayının sonunda 50,3% təşkil edib. Qeyd edək ki, dekabrda cəmi kredit qoyuluşlarının məbləği 17 milyard 119,8 milyon manat olub.
Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 2020-ci ilin sonunda 46.2% təşkil etmişdi.
Ev təsərrüfatlarına veriləmiş 8 milyard 607.3 milyon manatlıq kreditlərin 2 milyard 483.4 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər təşkil edib. Ötən il bu kreditlər 390 milyon manat artıb və cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 14,4%-dən 14,5%-ə yüksəlib.
2021-ci ildə ipoteka kreditləri xaric ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 508 milyon manat artaraq 6 milyard 123,9 milyon manata çatıb. 2020-ci ilin sonunda istehlak kreditlərinin məbləği 4 milyard 615,9 milyon manat təşkil etmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
8 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
