"Turanbank" ötən ili mənfəət ilə bağlayıb
"Turanbank" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Turanbank" 2021-ci ili 668 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 684 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 16 min manat azalıb.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2021-ci ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 48 milyon 994 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 21,5% (və ya 8 milyon 666 min manat) çoxdur. 2020-ci ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 40 milyon 328 min manat təşkil etmişdi.
2021-ci ildə "Turanbank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 47 milyon 80 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 20% (və ya 7 milyon 853 min manat) çoxdur. 2020-ci ildə "Turanbank"ın cəmi əməliyyat xərcləri 39 milyon 227 min manat təşkil etmişdi.
"Turanbank"ın əməliyyat mənfəəti 2020-ci ildə 1 milyon 101 min manat ikən, 2021-ci ildə 1 milyon 914 min manat təşkil edib (813 min manat artıb). Əməliyyat mənfəətinin artması gəlirlərin xərclərdən daha çox artması ilə əlaqədardır.
"Turanbank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 2021-ci ildə 1 milyon 78 min manat təşkil edib ki, bu da 2020-ci il ilə (246 min manat) müqayisədə 4,4 dəfə çoxdur.
BANKIN AKTİVLƏRİ 715 MİLYON MANATA YAXINLAŞIB
"Turanbank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 29,6% və ya 163 milyon 225 min manat artaraq 714 milyon 961 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 551 milyon 736 min manat cəmi aktivlərə malik idi.
"Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 24,2% və ya 85 milyon 206 min manat artaraq 436 milyon 445 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 351 milyon 239 min manata çatmışdı.
DEPOZİTLƏR KƏSKİN ARTIB
"Turanbank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 49 % və ya 137 milyon 220 min artaraq 417 milyon 452 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 280 milyon 232 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2021-ci il tarixində 91 milyon 917 min manat manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 82 milyon 215 min manat cəmi kapitala malik idi.
Həmçinin oxu
Bu bankda əhali və şirkətlərin pulu artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
2 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 2 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Ən çox oxunanlar
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!







.jpg)





.jpg)








